AZ

Murad Şahverdiyev: Mina probleminə görə meşə sahəsinin invertarlaşmasında çətinlik yaranır

Azad edilən ərazilərdə hidrometeroloji cihazların bərpası üçün müxtəlif stansiyalar quraşdırılıb.

Teleqraf-ın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin baş məsləhətçisi Murad Şahverdiyev İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

O bildirib ki, azad edilən ərazilərdə mina probleminə görə meşə sahəsinin invertarlaşmasında çətinlik yaranır.

"Türkiyə təcrübəsindən istifadə edərək peyk vasitəsi ilə meşə sahəsinin invertarlaşdırılması həyata keçirilir. Yeni xüsusi mühafizə olunan milli parkın yaradılması üçün tədqiqat işləri aparılır. Yeni milli parkın ərazisi 90 min hektardan artıq olacaq və azad edilən bir neçə rayonu əhatə edəcək. Artıq sənədlər hazırlanıb", - o vurğulayıb.

Seçilən
36
teleqraf.com

1Mənbələr