AZ

"Real Madrid" futbolçusunu satışa çıxarır

"Real Madrid" yarımmüdafiəçi Eduardo Kamavinqanı transferə çıxaracaq.

Fanat.Az xəbər verir ki, informasiyanı insayder Matteo Moretto yayıb. 

Mənbənin məlumatına görə, İspaniya nəhəngi yarımmüdafiəçini bu yay satmağa hazırdır. "Kral klubu" Kamavinqa üçün 50 milyon avrodan başlayan danışıqlara başlamaq niyyətindədir. Bu, madridlilərin oyunçu üçün müəyyən etdiyi minimum qiymətdir.

"Real" heyətini yeniləmək üçün vəsait toplamalıdır ki, bu səbəbdən bir neçə oyunçu satmaq lazım gəlir. Kamavinqa transferə çıxarılanların siyahısıdır.

Yarımmüdafiəçinin "Real Madrid"lə müqaviləsimin müddəti 30 iyun 2029-cu ilə qədərdir. 

Mirağa

Seçilən
7
1
fanat.az

2Mənbələr