AZ

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi – Yenilənib


İrandan növbəti raketin Türkiyəyə atılmasını ölkənin Milli Müdafiə Nazirliyi təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirliyin rəsmi sosial media hesablarında məlumat dərc olunub.
“İrandan buraxılan və Türkiyənin hava məkanına daxil olan ballistik raket NATO-nun Aralıq dənizinin şərqində yerləşdirilmiş hava hücumundan müdaafiə qüvvələri tərəfindən zərərsizləşdirilib”, - məlumatda deyilir.

*** 10:27
İrandan atılan raketin Türkiyənin Adana vilayətindəki İncirlik Hərbi Hava Bazasını hədəf aldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddiaya görə, sözügedən raket NATO qüvvələri tərəfindən havada zərərsizləşdirilib.
Bildirilir ki, sözügedən hücum təhlükəsi səbəbilə Adanada saat 03:25-də (Bakı vaxtı ilə 04:25) həyəcan siqnalı çalınmağa başlayıb və təxminən 5 dəqiqə davam edib.
Türkiyənin Milli Müdafiə Nazirliyi iddialarla bağlı heç bir rəsmi açıqlama verməyib.
Seçilən
0
3
yeniavaz.com

4Mənbələr