AZ

Qarabağda torpaq icarəsi üzrə II investisiya müsabiqəsinin qalibləri müəyyən edilib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə II investisiya müsabiqəsinin qalibləri müəyyənləşib.

SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ölkə Prezidentinin 27 noyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları"na uyğun olaraq həmin ərazilərdə torpaqların icarəyə verilməsi davam etdirilir.

Ötən i dekabrın 1-də elan edilmiş II investisiya müsabiqəsi üzrə sənəd qəbulu fevralın 5-də yekunlaşıb. Müsabiqədə iştirak üçün ümumilikdə 162 sahibkarlıq subyekti müraciət edib.

Fevralın 27-də II investisiya komissiyasının müsabiqənin yekunlarına həsr olunmuş iclası keçirilib, iclasda müsabiqə iştirakçıları və qaliblərin siyahısı təsdiqlənib. Müsabiqə iştirakçısı hesab edilən sahibkarlıq subyektləri nəticələrlə bağlı sms vasitəsilə məlumatlandırılıblar. Qalib elan edilmiş sahibkarlıq subyektlərinin məlumatlandırılması prosesi isə mərhələli şəkildə davam etdirilir.

Seçilən
30
9
sia.az

10Mənbələr