AZ

“Qarabağ”ın legioneri Norveç klubuna keçir

“Qarabağ” klubu afrikalı futbolçusu Kris Kuaku ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin Norveçin “Sarpsborq 04” klubuna keçidi ilə bağlı razlıq əldə olunub.

Fildişi Sahilindən olan oyunçu artıq tibbi müayinədən keçib və rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Kris Kuaku 2025-ci ilin yayında “Qarabağ”a transfer olunmuşdu.

İdman.Biz
Seçilən
65
2
idman.biz

10Mənbələr