AZ

Müdafiə Nazirliyi: Türkiyə ərazisinə və hava məkanına yönəlmiş təhdidə qarşı qətiyyətli tədbirlər görülür

Ankara, 13 Mart, AZƏRTAC

Türkiyə Milli Müdafiə Nazirliyi İrana məxsus ballistik raketin vurulması ilə bağlı rəsmi məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, nazirlik ballistik raketin Türkiyə hava məkanına daxil olduqdan sonra Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava hücumundan müdafiə bölmələri tərəfindən vurulduğunu qeyd edib.

Bəyanatda deyilir: “Türkiyə ərazisinə və hava məkanına yönəlmiş hər hansı bir təhdidə qarşı qətiyyətli tədbirlər görülür. Hadisənin bütün aspektlərini aydınlaşdırmaq üçün müvafiq ölkə (İran - red.) ilə danışıqlar aparılır”.

Türkiyə mediasının məlumatına görə, partlayış səsləri yerli vaxtla səhər saat 3:25 radələrində “İncirlik” bazasının da yerləşdiyi Türkiyənin Adana əyaləti üzərində eşidilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
14
2
azertag.az

3Mənbələr