AZ

“Sabah”ın futbolçusunun adı aktrisa ilə hallandı- Nişanlısı verilişinə çağırıb soruşdu

“Sabah”ın futbolçusu Timoteuş Puxaç şəxsi həyata ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, aparıcı Oliviya Nineviçlə nişanlı olan futbolçunun aktrisa Yuliya Venyeva ilə münasibətləri olmasına dair iddialar ortaya atılıb. 

Puxaçın nişanlısı O.Nineviç isə özünün “Çünki bilmək istəyirəm” adlı verilişinə məhz Venyevanı dəvət edib. Aparıcı aktrisaya nişanlısı Puxaçla münasibətləri olmasına dair gəzən iddialarla bağlı sual verib. Venyeva isə həmin sualı belə cavablayıb:

“Puxaç bir müsahibəsində “mediada ən xoşladığı qız” kimi mənim adımı çəkmişdi. Ondan sonra isə azarkeşlər onu və məni bütün paylaşımlara tag edirdilər. Puxaç isə buna görə instaqramda yazaraq üzr istədi. Daha sonra biz iki dəfə dost kimi görüşmüşük. Başqa heç bir münasibətimiz olmayıb”. 

Seçilən
10
3
hit.az

6Mənbələr