Bakı. Trend
Özbəkistan çoxsəviyyəli nəqliyyat dəhlizləri sistemininyaradılmasının tərəfdarıdır.
Trend xəbər verirki, bunu Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviriAbdulaziz Kamilov bu gün XIII Qlobal Bakı Forumu çərçivəsindəkeçirilən “Orta Dəhliz və Avrasiyanın nəqliyyat qapıları” adlıpanel iclasında bildirib.
“Özbəkistan Zəngəzur dəhlizinin yüksək siyasi səviyyədəaçılmasını dəstəkləyən ilk ölkələrdən biri olub. Ölkəmiz nəqliyyatdəhlizlərinin çoxsəviyyəli sisteminin yaradılmasının tərəfdarıdırvə bunu yalnız təhlükəsizliyin təmin edilməsində əsas amil kimideyil, həm də iqtisadiyyatlarımızın rəqabət qabiliyyətininartırılması üçün strateji şərt kimi qiymətləndirir. Biz əminik ki,bu istiqamətlərin qarşılıqlı əlaqəsinin təmin olunması ŞərqiAsiyadan Yaxın Şərqə və Avropaya qədər uzanan məkanı əhatə edən,əsasən nəqliyyat marşrutlarından ibarət çoxsəviyyəli vəşaxələndirilmiş sistemin formalaşmasına imkan verəcək”, - obildirib.
Onun sözlərinə görə, belə inteqrasiya bütün maraqlı tərəflər -investorlar, istehsalçılar və sərmayeçilər üçün Orta Dəhlizə yeniönəm qazandıracaq.