AZ

Binəli Yıldırım: "Orta Dəhlizlə ticarət 3 trilyon dolları aşacaq!"

XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Orta Dəhliz və Avrasiya Bağlantısı Qapısı” panelində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım çıxış edib.

Musavat.com-un xəbərinə görə, Binəli Yıldırım Asiya və Avropa arasındakı ticarət əlaqələrinə diqqət çəkərək bildirib ki, yükdaşımaların 90 faizi hələ də dəniz yolu ilə həyata keçirilir və ticarət dövriyyəsi 3 trilyon dollar təşkil edir.

O vurğulayıb ki, müvafiq strateji addımlar sayəsində illik daşımaların həcmi 20 trilyon dollara qədər artırıla bilər.

“Orta Dəhlizin əhəmiyyəti əvəzsizdir. Yüklər dəniz yolu ilə 40–50 gün ərzində çatdırılırsa, Orta Dəhliz vasitəsilə bu müddət cəmi 12–15 günə düşür. Bu üstünlükləri nəzərə alaraq, dəhlizin inkişafı daha fəal şəkildə dəstəklənməlidir”, – deyə Yıldırım qeyd edib.

O, Orta Dəhliz vasitəsilə daşımaların həcminin hazırda 5 milyon tondan 20 milyon tona qədər artırıla biləcəyini bildirib. Binəli Yıldırım layihənin regional və qlobal ticarətə mühüm töhfə verdiyini əlavə edib.

Türkiyəli sədr TANAP qaz kəmərindən də danışaraq onu strateji layihə adlandırıb:

“TANAP enerji ehtiyatlarının daşınmasını təmin edir və bir neçə ölkənin ərazisindən keçərək regional enerji təhlükəsizliyinə töhfə verir”.

Xalidə Gəray
Musavat.com

Seçilən
3
musavat.com

1Mənbələr