AZ

“Abırımıza bürünüb susuruq, həyasız elə bilir ki…”

“Biz öz abırımıza bürünüb susuruq, həyasız da elə bilir ki, deməyə sözümüz yoxdur”.

Bu sözləri müğənni Elnarə Xəlilova “Musicologiya” yutub layihəsində deyib. O efirdən uzaqlaşmağının səbəblərindən danışıb:

“Televiziya rəhbərliyi tərəfindən o şərait heç bir aparıcıya, ifaçıya, verilişə yaradılmamalıdır. Efir çağırılmamış qonaqdır, açdın, oturur düz evinin ortasında. Birbaşa uşağının tərbiyəsini də korlaya bilər, tərbiyə də verə bilər, mədəniyyətini korlaya bilər, mədəniyyət də verə bilər. O verilişə ki, məni qeybət etməyə çağırırlar, deyirəm ki, məni niyə çağırırsınız? Mən gəlməyəcəyəm”.
Seçilən
10
1
yenilik.az

6Mənbələr