Sumqayıt şəhərində yaşayış binasında partlayış hadisəsi baş verib.
Məlumata görə, partlayış nəticəsində 1994-cü il təvəllüdlü Verdiyev Elçin Varyat oğlu və 1973-cü il təvəllüdlü İxtiyarov İxtiyar Ağayar oğlu xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, hər iki şəxs Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. Onlara baş və boyun nahiyəsinin termiki və kimyəvi yanıqları, yuxarı ətraf və çiyin qurşağı nahiyəsinin termiki və kimyəvi yanıqları, həmçinin tənəffüs yollarının termiki və kimyəvi yanıqları diaqnozları qoyulub.
Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra daha ixtisaslı tibbi xidmət almaqları üçün Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunublar.
Faktla bağlı araşdırma aparılır.