AZ

Deputat: Parçalanma və qarşıdurmalar fonunda dialoq platformalarının rolu daha da artır

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 13 mart, AZƏRTAC

Bakı artıq on üçüncü dəfədir ki, XIII Qlobal Foruma ev sahibliyi edir. Budəfəki forumda da beynəlxalq siyasi mövzular müzakirə olunur. Bu platformada səslənən fikirlər bir daha göstərdi ki, müasir dünya yeni geosiyasi mərhələyə qədəm qoyur. Son illərdə geosiyasi gərginliklər, regional münaqişələr və rəqabətin daha da dərinləşdiyi bir vaxtda fikir ayrılıqları gərginliyi bir qədər də artırır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən forumda Azərbaycan Prezidenti İlham Əliyev açılış nitqi ilə çıxış edərək qlobal təhlükəsizlik, enerji sabitliyi, regional sülh və beynəlxalq əməkdaşlıqla bağlı mühüm mesajlar verdi. Dövlətimizin başçısı çıxışında müasir beynəlxalq sistemin ciddi transformasiya mərhələsindən keçdiyini də vurğuladı. Bu kontekstdə Prezident qeyd etdi ki, beynəlxalq münasibətlər sistemində parçalanma və qarşıdurmaların artdığı bir vaxtda dialoq və əməkdaşlıq platformalarının rolu daha da yüksəlir. Qlobal Bakı Forumu məhz belə bir platforma kimi müxtəlif ölkələrin siyasi liderlərini və ekspertlərini bir araya gətirərək fikir ayrılıqlarının aradan qaldırılmasına xidmət edir. Bu fakt Azərbaycanın həm regional aktor, həm də qlobal diplomatik platforma rolunu gücləndirdiyini göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi enerji bazarındakı qeyri-sabit vəziyyəti də diqqətdə saxlayır. Dövlətimizin başçısı da bildirdi ki, neft və qaz qiymətlərində kəskin artım yalnız istehlakçılar deyil, istehsalçılar üçün də problemlər yaradır və qlobal iqtisadi sabitliyi sarsıdır.

Deputat qeyd edib ki, ümumiyyətlə, XIII Bakı Qlobal Forumunda aparılan müzakirələr, səslənən bəyanatlar onu deməyə əsas verir ki, bu gün qlobal təhlükəsizlik və sabitliyin qorunması prioritet olaraq qalır. Həmçinin regional əməkdaşlıq və sülh iqtisadi inkişaf üçün əsas şərtlərdən biridir. Bakıdan səslənən mesajlar isə bir daha Azərbaycanın qlobal siyasi proseslərdə fəal mövqe tutduğunu və beynəlxalq dialoqun təşviqinə töhfə verdiyini təsdiqləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
azertag.az

2Mənbələr