AZ

Badminton üzrə inklüziv idman yarışı

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar və qızlar arasında badminton üzrə hazırlıq və yoxlama yarışı keçirilib.

Badminton Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və Daun sindromu mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Turnirdə ümumilikdə 50-yə yaxın idmançı mübarizə aparıb. Qalib gələn iştirakçılar medal, diplom və hədiyyələrlə təltif olunublar.

Tədbir iştirakçıların bacarıqlarının artırılmasına və inklüziv idmanın təşviqinə xidmət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
7
azertag.az

8Mənbələr