AZ

Bakı Təşəbbüs Qrupu: Siqhlərə və müstəmləkə zülmü altında olan xalqlara dəstək davam edəcək

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 13 mart, AZƏRTAC

Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bildirib ki, təmsil etdiyi təşkilat siqh müqavimətinə, eləcə də hələ də müstəmləkə zülmü altında olan xalqlara qətiyyətli və fəal dəstəyini davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, o, bu açıqlamanı martın 13-də İsveçrənin Cenevrə şəhərində açılan və BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində keçirilən “Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə. Siqh müqaviməti və BMT” adlı beynəlxalq konfransdakı çıxışı zamanı verib.

Vurğulamaq lazımdır ki, Hindistan hökuməti tərəfindən təqib edilən siqhlərin problemləri məhz BTQ-nin səyləri ilə ilk dəfə BMT səviyyəsinə çatdırılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
5
azertag.az

6Mənbələr