AZ

Bakıda erməni uşağı döyən Qalina müəllimə…

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Dilənçilərə inzibati cərimə tətbiqi doğrudur. Amma şəxsən mən özüm beli əyilmiş və dilənən yaşlı, kimsəsiz analara həmişə yardım edirəm. Uşaq və gənc dilənənlərə isə əsla nəsə vermərəm”.

Globalinfo.az xəbər verir ki, bu sözləri hüquqşünas Fərhad Mehdiyev deyib.

O, müəllimlərə inzibati cərimənin tətbiqini doğru saymadığını qeyd edib:

“Özüm müəlliməm, ali təhsildə. Mənim oxuduğum orta məktəbdə – 14 saylı coğrafiya müəlliməsi olan Qalina Antonovna lövhə çubuğu ilə səs-küy salan uşaqların əllərinə vururdu. Ən ox da Roma adında bir erməni uşağın əllərinə vurardı. Allah rəhmət eləsin müəllimə. Bizim məktəbdə başqa müəllim bunu etməzdi”.

Fərhad Mehdiyev

Hüquqşünas qeyd edib ki, pedaqoq uşağı tənbeh edə bilər:

“Müəllim uşağın qulağını çəkə, yaramaz uşağın üstünə səsini yüksəldə bilməlidir. Müəllimi qeyri-peşəkarlığa görə intizam məsuliyyətinə cəlb etmək olar, uşağı danlayır deyə “psixoloji zorakılığa” görə məsuliyyətə cəlb etmək olmaz”.

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
globalinfo.az

1Mənbələr