AZ

“Ukrayna macar mütəxəssislərini “Drujba”ya ona görə buraxmır ki...” - Orban

Ukrayna hakimiyyəti macar mütəxəssislərinin “Drujba” neft kəmərini yoxlamasını əngəlləyir, çünki məlum olacaq ki, o işləməyə yararlıdır və Kiyev yalan danışır.

Herbiand.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.

“Biz boru kəmərinin bağlandığı nöqtəyə gedib onu yoxlamaq istəyirik. Fikrimizcə, onu yenidən açmaq olar. Düşünürəm ki, Zelenski və onun ətrafı bizi ora buraxmır, çünki məlum olacaq ki, onlar yalan danışır”, - Orban Macarıstan televiziya kanalları tərəfindən yayımlanan video müraciətində deyib.

Orban hazırda Kiyevdə olan energetika nazirinin müavini Qabor Çepekə boru kəməri infrastrukturuna çıxış əldə etməyə çağırıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
31
herbiand.az

1Mənbələr