AZ

Vladimir, Aleksey, Timiryazev Onları Quba ilə nə BAĞLAYIRDI? VİDEO

ain.az, Bizim media saytına istinadən bildirir.

Qubanın ta Çar Rusiyasından qalmış üç yaşayış məntəqəsinin sovetdən qalma rus mənşəli adı da tarixə qovuşur. Bundan belə rayonun Vladimirovka kəndinin adı Elbir ,Timiryazev kəndinin adı Bəhrəli , Alekseyevka kəndinin adı isə Çinarlı adlandırılacaq. Hazırda Milli Məclisdə Qubadan gələn vəsadətin müzakirəsi aparılır və qanun layihəsi hazırlanır. Bizim.Media-nın çəkiliş qrupu sözügedən kəndlərdə olub, yerli sakinlərin yaşadıqları kəndin adının dəyişdirilməsinə münasibətini öyrənib.

 

MÖVZU İLƏ BAĞLI:Üç kəndin adı dəyişdirilir – SİYAHI

Quba-Xaçmaz yolunun üstündə yerləşən Alekseyevka və Timiryazev kəndlərinin sakinləri sən demə uzun müddətdir bu adların dəyişdirilməsini arzulayıblar.Qeyd edək ki, coğrafi adların dəyişdirilməsi 2002-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 10 -cu maddəsində yer alıb. Qanunun 10.1 maddəsində bildirilib ki, Azərbaycanda coğrafi obyektlərin adlarının dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyən edilir. Bu baxımdan Qubadakı 3 kəndin sovetdən qalma adının gec də olsa dəyişdirilməsi qərarı çox məqsədəuyğundur.Ətraflı Bizim.Media-nın videosüjetində: 

Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
bizim.media

2Mənbələr