AZ

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Gənc memarlar üçün karyera imkanları” Forumu keçirilib (FOTO)

Bakı. Trend:

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı,Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Memarlıqvə İnşaat Universitetinin tərəfdaşlığı ilə “Gənc memarlar üçünkaryera imkanları” forumu keçirilib.

200-dən çox gəncin iştirak etdiyi Forumun əsas məqsədi memarlıqsahəsində təhsil alan və bu istiqamətdə karyera qurmaq istəyəngənclərin peşəkar inkişafına dəstək olmaq, onları əmək bazarındakımövcud imkanlar və çağırışlar barədə məlumatlandırmaq olub.

Tədbirin açılış hissəsində çıxış edən Azərbaycan Memarlıq vəİnşaat Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələrüzrə prorektoru Orxan Naqdiyev, Azərbaycan Respublikasının GənclərFondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev,eləcə də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma vəArxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsininmüdir müavini Şahnaz Bədəlova gənclərin memarlıq sahəsindəinkişafının əhəmiyyətindən, bu istiqamətdə mövcud imkanlardan vədövlət tərəfindən həyata keçirilən təşəbbüslərdən bəhs ediblər.

Qeyd olunub ki, ölkədə memarlıq və şəhərsalma sahəsinin inkişafıdaim diqqət mərkəzində saxlanılır. Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda“Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə göstərilənxüsusi diqqətin göstəricisidir. Həmçinin Ümumdünya ŞəhərsalmaForumunun 13-cü Sessiyasının Bakı şəhərində baş tutması memarlıq vəşəhərsalma sahəsinin inkişafına mühüm töhfə verəcək.

Forum çərçivəsində “Əmək bazarı və gənc memarlar: imkanlar vəçağırışlar” mövzusunda panel müzakirəsi təşkil olunub. Gənclərinİnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə işşöbəsinin müdiri Aqil Quliyevin moderatorluğu ilə keçirilən panelmüzakirəsində Azərbaycan Memarlar İttifaqının katibi ŞeydaNovruzzadə, “MANARCH” memarlıq şirkətinin təsisçisi İlqar Manafsoyvə “PMD Projects” şirkətinin şöbə müdiri, memar Kamran Kərimovspiker qismində çıxış ediblər.

Panel müzakirəsi zamanı spikerlər memarlıq sahəsində gənclərüçün mövcud karyera imkanları, əmək bazarının tələbləri, praktikitəcrübənin əhəmiyyəti və peşəkar inkişaf yolları barədə öztəcrübələrini bölüşüblər. Həmçinin gənclərin suallarıcavablandırılıb, memarlıq sahəsində uğurlu karyera qurmaq üçünvacib bacarıqlar və inkişaf istiqamətləri barədə fikir mübadiləsiaparılıb.

“Şəhərsalma
“Şəhərsalma
“Şəhərsalma
“Şəhərsalma
“Şəhərsalma
“Şəhərsalma
“Şəhərsalma
“Şəhərsalma
“Şəhərsalma
Seçilən
1
4
az.trend.az

5Mənbələr