AZ

Bakıda kişi arvadını üstünə qışqırdığına görə döydü

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakının Sabunçu rayonunda ər-arvad arasında yaranan mübahisə sonda cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2025-ci ilin noyabrın 19-da baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Zahir həmin gün saat 20:30-da yaşadıqları evlərinin yataq və qonaq otaqlarında həyat yoldaşı Zahidənin (adlar şərtidir – red.) onunla kobud danışması və evdə olan əşyaları dağıtmasına mane olmaq istəməsi səbəbindən mübahisə edib. Ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə Zahidənin üz, sinə, əl, əlində olan mobil telefonla baş, təpiklə isə ayaq və kürək nahiyələrindən bir neçə dəfə zərbələr vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Zahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Zahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmişlə barışıb. Zərərçəkmiş də ərini bağışladığını, ona qarşı şikayətini geri götürdüyünü deyib. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması ilə əlaqədə onun barəsində olan cinayət təqibinə xitam verilib. O, iş üzrə icraata xitam verilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
demokrat.az

1Mənbələr