AZ

“Soyqırımşünas”lar Paşinyana məktub yazdılar: Direktoru vəzifəsinə...

ABŞ-nin vitse-prezidentinə kitab bağışlayan ermənini işdən qovdu.

30 nəfərər yaxın avantürist, radikal erməni Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edib.

“Cebheinfo.az”-ın məlumatına görə, məktub müəllifləri Paşinyandan Edita Qzoyanı qondarma erməni soyqırımı muzeyinin direktoru vəzifəsinə bərpa etməyi xahiş edib. 

Özünü “soyqırımşünas” adlandıran həmin adamların müraciətindən aydın olur ki, Edita Qzoyan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fevralın 9-da İrəvana səfəri zamanı ona Qarabağ “problemi”nə  həsr olunmuş kitab bağışlayıb. 

Onun bu davranışı “Qarabağ hərəkatının davamı olmayacaq”, - deyən Paşinyana qarşı çıxmaq kimi qiymətləndirilib. Ermənistanın Baş naziri Qzoyanın hərəkətlərini “təxribatçı fəaliyyət”  adlandırıb. Bundan sonra Qzoyana sərt xəbərdarlıq edilib və o, ərizə yazaraq işdən çıxıb. Bu faktı Nikol Paşinyan özü də təsdiqləyib. 

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr