2026-cı ilin fevral ayında Azərbaycanda istehlak qiymətləri 2025-ci ilin fevralı ilə müqayisədə 5,7 faiz artıb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ay ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya 6,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7 faiz təşkil edib.