ain.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Daşkəsən rayon təşkilatı üzrə Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatında yığıncaq keçirilib.
Yığıncaqda YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev və Aparatın məsləhətçisi Sərdar Xıdırov iştirak edib.
Elşən Alıyev, Sərdar Xıdırov, Cavid Məmmədov və digər çıxış edənlər bildiriblər ki, Ümumilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan memarlıq və şəhərsalma strategiyası cənab İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri milli şəhərsalma konsepsiyasının müasir mərhələdə tətbiqinin bariz nümunəsidir.
Yekunda partiya üzvləri qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik olunub və xoş bayram əhval-ruhiyyəsi arzulanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.