AZ

Qonşu ölkələrdən Azərbaycana gələn həkimlər işləyə bilmir – SƏBƏB

Azərbaycana qonşu ölkələrdən pənah gətirmiş yüzlərlə həkim ordinatura ilə bağlı işlə təmin olunmaqda problem yaşayır.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı deputat Azər Badamov məlumat verib.

Deputat deyib ki, müəyyən səbəblərə görə qonşu ölkələrdən pənah gətirmiş və ölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır: “Çünki ixtisas diplomları tanınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim ediləndə klinik ordinatura pilləsinin bizim təhsil sistemimizlə uyğun gəlmədiyi bildirilir. Amma bu gün ölkədə işləyən, yaşı orta yaş həddindən yuxarı olan həkimlərin əksəriyyəti ordinatura təhsillidir və çox yaxşı mütəxəssislər kimi fəaliyyət göstərirlər. Bir tərəfdən Azərbaycanda həkim çatışmazlığı var, digər tərəfdən isə hazır gəlmiş peşəkar həkimlər işlə təmin oluna bilmirlər. Təklif edirəm ki, burada xüsusi humanist yanaşma tətbiq edilərək həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsi imtahanla yoxlanılsın və diplomları tanınsın. Həm də ixtisasları klinik ordinatura səviyyəsində olduğuna görə işləməyə icazə verilmədiyindən işləmək üçün yenidən 5 il oxumaq tələb olunur. Halbuki onların iki il ordinatura təhsili var və yenidən rezidentura pilləsini oxuyarkən həmin ordinatura təhsilinin 2 ilinin heç olmasa nəzərə alınmasını vacib hesab edirəm. Çünki rezidenturada 2 illik ordinatura proqramını yenidən təkrar oxumalı olurlar. Bu da eyni fənlərin təkrarlanması və əlavə illərin itirilməsi deməkdir”.

Seçilən
1
5
heftelik.az

10Mənbələr