AZ

Baş nazir söz verdi: “Bildirirəm ki…”

“Növbəti ortamüddətli dövr dünyada və regionda cərəyan edən geosiyasi vəziyyət və geoiqtisadi amillər və hazırkı inkişaf meylləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır”.

Musavat.com-un məlumatına görə, baş nazir Əli Əsədov bunu Milli Məclisdəki çıxışında belə deyib. 

Hökumət başçısı qeyd edib ki, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və onun əsasında hazırlanan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa” dair I Dövlət Proqramının hazırda uğurla icrası davam edir:

“Strategiyanın davamı olaraq, 30 may 2025-ci il tarixində cənab Prezident tərəfindən imzalanmış sərəncamdakı tapşırığa əsasən, yeni çağırışları və hədəfləri əhatə edəcək “2027-2030-cu illərin sosial-iqtisadi inkişaf Strategiyası və “Böyük Qayıdış”a dair II Dövlət Proqramının” layihəsi hazırlanmış, İqtisadi Şurada müzakirə olunub. Hər iki sənədin layihəsi Hökumət tərəfindən artıq cənab Prezidentə təqdim olunub. 2025-ci ilin yekunları üzrə göstəricilər bir daha sübut edir ki, Prezident İlham Əliyevin formalaşdırdığı iqtisadi və sosial idarəetmə modeli neft gəlirlərinin səmərəli idarə olunmasına, qeyri-neft sektorunun inkişafına, insan rifahının yüksəldilməsinə və dövlətin strateji gücünün artırılmasına əsaslanır”.

Baş nazir daha sonra deyib:

“Mövcud iqtisadi artım bazası isə məhsuldarlıq, xidmətlərin ixracı və texnologiya əsaslı dərinləşmə üçün əlverişli şərait yaradır”.

Ə.Əsədov parlamentarların qarşısında söz verib:

“Hökumət üzvləri adından və şəxsən öz adımdan əminliklə bildirirəm ki, cənab Prezident tərəfindən hökumət qarşısında müəyyən edilmiş bütün hədəflər və verilən tapşırıqlar bundan sonra da tam məsuliyyətlə, vaxtında və yüksək keyfiyyətlə yerinə yetiriləcək. 2026-cı ildə qanunvericilik sahəsindəki məsuliyyətli fəaliyyətinizdə hər birinizə yeni uğurlar arzulayıram”.

E.Paşasoy,
Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr