AZ

Ötən il Azərbaycanda enerji istehsalı 28,6 milyard kilovat-saat təşkil edib  

2025-ci ildə enerji istehsalı 28,6 milyard kilovat-saat təşkil edib, istehlak həcmi isə 24,7 milyard kilovat-saata yüksəlib.

AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Baş nazir bildirib ki, hazırda Hökumətin əsas vəzifəsi enerji mənbələrini qəbuletmə imkanlarını genişləndirmək və enerji sistemimizi gücləndirməkdir. “Mövcud planlara görə, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. Bərpaolunan enerji sahəsində böyük potensialımızın reallaşdırılması məqsədilə dünyanın aparıcı ölkələrinin şirkətləri ilə səmərəli əməkdaşlıq qurulub. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir”, - deyə Əli Əsədov vurğulayıb.

Seçilən
53
2
azerbaijan-news.az

3Mənbələr