Bakı. Trend:
Özünəməşğulluq proqramları çərçivəsində həm proqrama cəlb edilənşəxslərin məsuliyyətinin artırılması, həm də motivasiya xarakterliaddımların atılması zəruridir.
Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentinbugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildəfəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, bir sıra hallarda müəyyən bir zamankəsiyindən sonra vətəndaşlara verilən iri və xırdabuynuzluheyvanlar, həmçinin avadanlıqlar satılır və bununla daözünəməşğulluq proqramlarının əsas hədəfi, məşğullluğundavamlılığının təmin edilməsi elə başlanğıc mərhələdən sıradançıxmış olur:
“Bu sahədə həm fərdi hüquqi öhdəliklərin müəyyənləşməsinin, həmdə öz işinə vicdanla yanaşan şəxslərə təsərrüfatlarınıgenişləndirmək üçün davamlı dəstək verilməsin vacibdir.
Çox yaxşı olardı ki, özünəməşğulluq proqramlarının icrasıprosesində müvafiq sahələr üzrə ayrı-ayrı dövlət qurumları, irikənd təsərrüfatı subyektləri, banklar və digər təsisatlar dakoordinasiyalı şəkildə hərəkət etsinlər, proqrama cəlb edilən,təsərrüfatlarını, iş yerlərini inkişaf etdirməyə çalışanvətəndaşlara yeni iş yerləri yaratmaları üçün dəstəkversinlər”.