Gələn həftə İrana çox güclü zərbə endirəcəyik. Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Tramp Hörmüz boğazı ilə bağlı vəziyyətə toxunaraq, “qorxacaq bir şeyin olmadığını” qeyd edib. “Onların (İranın) dəniz qüvvələri yoxdur, bütün gəmiləri batırdıq”, - ABŞ Prezidenti qeyd edib.
Bu arada isə ABŞ və İsrail qırıcı təyyarələri Tehran üzərində uçuşlar həyata keçirib. Hava hücumu zamanı paytaxtda bir neçə polis bölməsi və “Bəsic”in qərargahı hədəfə alınıb. Nəsimşəhrdə SEPAH-ın “Əbülfəzl” Korpusunun qərargahı şiddətli hücuma məruz qalıb. Kaşan şəhərində Rəcai Universitetinin yaxınlığında partlayış səsi eşidilib. Əlborz əyalətinin Kordan rayonunda qırıcı təyyarələrin fasiləsiz səsi və bir neçə partlayış eşidilib.
Borazcanda raket bazası bombardman edilib. Sircan şəhərində hərbi dəniz bazasına raket zərbəsi endirilib. İran Səhiyyə Nazirliyinin məlumatına görə, ABŞ-İsrail hücumları nəticəsində ən azı 1444 nəfər ölüb, 18551 nəfər yaralanıb.
Bu gün səhər saatlarında Təbrizin müxtəlif bölgələri 3 mərhələdə hava hücumuna məruz qalıb. Məlumata görə, Bameşə, Mərzdaran, Əndişe, Vəliəsr, Rüşdiyyə və Basmınc bölgələrində güclü partlayışlar olub. Hücumların mülki və yaşayış yerlərinə edilmədiyi bildirilib.
İran ordusu isə İsrail Müdafiə Qüvvələrinin Beer-Şevadakı qərargahına PUA-larla zərbələr endirib. İran dövlət televiziyası məlumat yayıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv