AZ

Qonşusunun evinə gələnlərin şəklini çəkdi, dava düşdü

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakının Sabunçu rayonunda 1982-ci il təvəllüdlü Azər qonşusu Elçin Quliyevə xəsarət yetirib.Demoktat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin oktyabrın 3-də rayonun Zabrat qəsəbəsində baş verib. Azər həmin gün saat 19 radələrində ictimai yer hesab olunan Elçinin şlətdiyi mağazaya daxil olub və Elçinin guya onun evinə gələn şəxslərin foto şəkillərini çəkdiyini iddia edib. Azər Elçinin bu hərəkətlərini inkar etməsini cüzi səbəb kimi bəhanə edib və Elçini qəsdən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Azərin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Elçini qonşuluqda yaşadığına görə tanıyıb:“Hadisə günü yaşadığım evin yaxınlığında olan zaman tanımadığım şəxs mənə yaxınlaşdı və Elçinin mənim yaşadığım evə gələn şəxslərin mobil telefonu vasitəsi ilə fotoşəkillərini çəkdiyini bildirdi. Həmin gün saat 19 radələrində Elçinin işlədiyi marketə getdim. Elçinə tanımadığı şəxsin evimə gələn şəxslərin fotoşəkillərinin onun tərəfindən çəkilməsini eşitdiyini dedi. Elçin isə cavabında belə bir hərəkət etmədiyini söylədi. Elçinin mənimlə kobud danışmasından sonra aramızda mübahisə yarandı. Bu zaman əsəblərimə hakim çıxa bilmədim, marketin içərisində olan fincanı götürərək onun üzərinə atdım. Fincan Elçinin hansı nahiyəsindən dəyməsini görmədən marketdən çıxaraq oradan uzaqlaşdım”.Zərərçəkmiş Elçinin sözlərinə görə, yaşadığı evin bir hissəsini mağaza kimi işlədərək ailəsini dolandırır: “Əlil olduğum üçün oğlum Mehdi hər gün mənimlə birlikdə mağazada işləyir və mənə kömək edir. Azər isə bizimlə eyni məhəllədə yaşayır və aramızda qonşu kimi normal münasibət var”. Zərərçəkmiş qeyd edib ki, oktyabrın 3-də, saat 19 radələrində oğlu ilə birlikdə marketdə olan zaman Azər hirsli şəkildə mağazaya daxil olub və niyə onun evinə gedib-gələn şəxsin fotoşəkillərini çəkdiyini soruşub: “Azər qəflətən marketdə ərzaqları düzmək üçün quraşdırdığım rəfin üzərində olan fincanı götürdü, üzərimə atdı və dərhal marketdən çıxaraq uzaqlaşdı. Həmin fincan başıma dəyərək qırıldı və başımdan xəsarət aldım”. Zərərçəkmiş bildirib ki, Azər narkotik istifadə etdiyi üçün məhəlləyə yad adamlar gəlib-gedib: “Onlar Azərin başına yığışıblar. Mən telefonunu qaldıraraq yalandan şəkil çəkdiyimi göstərmək istəmişəm ki, həmin adamlar polisdən qorxaraq gəlməsinlər. Azər mağazaya gələrək mənə nə üçün şəkil çəkdiyimi soruşdu. Mən də çəkmədiyimi bildirdim. Azərə kobud cavab vermədi, hər hansı təhqiredici ifadə işlətməmişəm. Azər məni söyərək təhqir etdi”. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azər 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, czaçəkmə müddətinin əvvəli 2 iyun 2025-ci il tarixdən hesablanması qərara alınıb. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib. Bundan sonra müdafiəçi kasasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə də şikayət təmin edilməyib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr