AZ

ABŞ əməliyyatı zamanı İraqda KC 135 yanacaqdaşıyan hərbi təyyarə qəzaya uğraıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "KC-135" yanacaqdaşıyan təyyarə bölgədə aparılan hərbi əməliyyat zamanı İraqın qərbində qəzaya uğrayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı məlumat yayıb.

Hərbçilərin bildirdiyinə görə, hadisə “Epik Qəzəb” adlı əməliyyat çərçivəsində dost hava məkanında baş verib. İnsidentdə iki yanacaqdaşıyan təyyarə iştirak edib: onlardan biri İraqın qərb ərazisində qəzaya düşüb, digəri isə təhlükəsiz şəkildə eniş edə bilib.

Mərkəzi Komandanlığın ilkin məlumatına əsasən, qəzanın səbəbi ikinci yanacaqdaşıyan təyyarənin iştirakı ilə yaranmış fövqəladə vəziyyət ola bilər. Komandanlıq vurğulayıb ki, hadisə nə düşmən atəşi, nə də “dost atəşi” nəticəsində baş verib.

Qəzadan sonra dərhal axtarış-xilasetmə əməliyyatı başladılıb. Hərbçilər hələlik qəzaya uğramış təyyarənin ekipajının taleyi barədə ətraflı məlumat verməyiblər.

İnsidentdə iştirak edən ikinci yanacaqdaşıyan təyyarə sonradan Ben-Qurion hava limanına uğurla eniş edib. Uçuşların izlənməsi xidmətlərinin məlumatına görə, uçuş zamanı ekipaj 7700 cavabdeh kodunu ötürüb ki, bu da beynəlxalq fövqəladə vəziyyət siqnalı hesab olunur.

ABŞ Mərkəzi Komandanlığı əlavə edib ki, hadisə ilə bağlı ilkin araşdırma başa çatdıqca və yeni məlumatlar əldə olunduqca ictimaiyyətə əlavə məlumat veriləcək.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
icma.az

1Mənbələr