ain.az, Fanat portalına istinadən məlumat verir.
"Leyptsiq"in mərkəz müdafiəçisi Kastello Lukeba İngiltərə nəhənginə keçməyə yaxındır.
Fanat.Az "Lequipe"ə istinadən xəbər verir ki, 23 yaşlı mərkəz müdafiəçisinin xidmətində "Arsenal" maraqlıdır.
Tərəflər artıq danışıqlara başlayıblar. Almaniya klubu bu transfer üçün "topçular"dan 60-70 milyon avro tələb edir. "Arsenal"ın skautu fevralın 21-də Dortmund "Borussiya"sı ilə matçda (2:2) Lukebanın çıxşını canlı izləyib.
Sözügedən oyunçu cari mövsüm "Leyptisq" forması ilə 23 matça çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bundesliqa təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Toğrul
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.