AZ

FHN-in Bakı Regional Mərkəzində “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində "Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar "Heydər Əliyev ideyalarında şəhərsalma, memarlıq və insan təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.

Bu barədə Aktual.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Regional Mərkəzinin şəxsi heyəti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Yanğın Nəzarəti Xidməti, eləcə də Azərbaycan Memarlar İttifaqının nümayəndələri iştirakı ediblər.

Tədbiri giriş sözü ilə açan Regional Mərkəzin rəisi polkovnik Elnur Məhərrəmov ölkəmizdə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bədlərinin icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən danışıb.

Çıxış edən digər natiqlər şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılması, tikinti qanunvericiliyi, norma və qaydaları barədə ətraflı məlumat veriblər.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin şəhərsalma və memarlıq sahəsindəki müstəsna xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.

FHN-inFHN-inFHN-inFHN-inFHN-inFHN-in

Seçilən
24
4
ulusum.az

5Mənbələr