XIII Qlobal Bakı Forumu çərçivəsində “Afrika bu gün və sabah” mövzusunda panel iclas keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasa Dünya Bankının Şərqi və Cənubi Afrika üzrə keçmiş regional vitse-prezidenti Hafez Ghanem moderatorluq edir.
İclasda Belçikanın keçmiş Baş naziri Şarl Mişelin, Maltanın sabiq Baş naziri Cozef Muskatın, Miqrasiya, Daxili İşlər və Vətəndaşlıq üzrə keçmiş Avropa Komissarı Dimitris Avramopulosun, 2003-2007-ci illərdə Qərbi Afrika üzrə BMT Baş katibinin xüsusi nümayəndəsi, 2007-2010-cu illərdə BMT-nin Somali üzrə xüsusi elçisi Ahmedou Ould-Abdallahın, “Liberal İnternasional”ın prezidenti, COP21-in vitse-prezidenti, Mərakeş Krallığının 2015-2017-ci illər üzrə iqlim dəyişikliyi üzrə xüsusi elçisi və COP22-nin yüksəksəviyyəli iqlim çempionu Hakima El-Haitenin çıxışları dinləniləcək.