ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Hesabat ilində əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə səhiyyə xərcləri sahəsinə büdcədən təxminən 1.3 milyard manat vəsait ayrılıb.
Gununsesi.info xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin illik hesabatının təqdimatı zamanı deyib.
Baş nazir bildirib ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət və qayğısı ilə son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmiş, müharibə zamanı 500-dən artıq əlil olmuş hərbçi dövlət tərəfindən ən müasir protezlərlə təmin edilib.
“Ümumiyyətlə, 2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,2 mlrd. manat investisiya vəsaiti yönəldilib. İnvestisiyanın 74,8%-i qeyri-neft-qaz sektoruna, 25,2%-i neft-qaz sektoruna yönəldilib”, – o qeyd edib.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.