AZ

Lukaşenko onları "Oreşnik"lə HƏDƏLƏDİ - "Bizi narahat etməyin"

Belarus öz müdafiəsi üçün "Oreşnik" raket sistemindən istifadə edir, NATO və Ukrayna Minskin bu silahlardan istifadə etməsinin qarşısını almaq üçün müdaxilə etməməlidir. Bunu martın 13-də Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Musavat.com xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.

"Mən demirəm ki, sabah Vilnüsə, Varşavaya və ya Kiyevə bu "Oreşnik" raketini atacağıq. Allah eləməsin. Bu, bizim işimiz deyil. Ölkəmizi qorumalıyıq. "Oreşnik"in partlamasının qarşısını almaq üçün bizi narahat etməyin. Nə Ukraynadan, nə Polşadan, nə Litvadan, nə də Latviyadan", - Lukaşenko deyib.

O qeyd edib ki, NATO Belarusdakı raket sistemini "özünün qanuni hədəfi" kimi iddia edə bilər. Bununla belə, Belarus lideri ölkəsinin heç kimi təhdid etmək niyyətində olmadığını vurğulayıb.

Musavat.com

Seçilən
28
1
musavat.com

2Mənbələr