Afrika Yer kürəsinin quru ərazisinin təxminən 20 faizini təşkil edir ki, bu da təxminən 30,5 milyon kvadratkilometr deməkdir. Ərazi baxımından qitə Amerika qitələrindən sonra üçüncü yerdə qərarlaşır. Afrika həm də ən az inkişaf etmiş ölkələrin böyük hissəsini özündə birləşdirir. Dünyada mövcud olan 48 ən az inkişaf etmiş ölkədən 34-ü məhz Afrika qitəsində yerləşir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Qərbi Afrika üzrə baş katibinin xüsusi nümayəndəsi (2003–2007) və BMT-nin Somali üzrə xüsusi elçisi (2007–2010) olmuş Ahmedou Ould-Abdallah deyib.
Ahmedou Ould-Abdallah bildirib ki, Afrikanın əhalisi təxminən 1,3 milyard nəfərdir və bu göstərici ilə qitə Asiyadan sonra dünyada ikinci yerdədir. Bu, dünya əhalisinin təxminən 17,2 faizinə bərabərdir. Orta əhali sıxlığı isə 54 ölkə üzrə hər kvadratkilometrə 51 nəfər təşkil edir.
Ahmedou Ould-Abdallah qeyd edib ki, 2014-cü ildə Afrikada adambaşına düşən ümumi daxili məhsul 3513 ABŞ dolları təşkil edib. Müqayisə üçün, dünya üzrə orta göstərici 14 956 dollar olub ki, bu da Afrikadakı səviyyədən təxminən yeddi dəfə çoxdur.
BMT-nin keçmiş xüsusi nümayəndəsi vurğulayıb ki, hazırda Afrikanın qlobal iqtisadiyyatda payı təxminən 2 faiz səviyyəsində qalır.