ain.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.
Livanın xarici işlər naziri Yusif Raci İranın Beyrutdakı səfirliyinin müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb.
Sitat.info xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.Nazirin sözlərinə görə, bu addım SEPAH-ın İran və Livan ərazilərindən İsrailə qarşı raket və dron hücumları üçün Hizbullahla “birgə və inteqrasiya olunmuş əməliyyat” həyata keçirdiyini açıqlamasından sonra atılıb.Yusif Raci bildirib ki, Livan ölkənin daxili işlərinə hər hansı müdaxiləni qəbul etmir və bu cür addımlar hökumətin qərarlarının və milli suverenliyin açıq şəkildə pozulmasıdır.Qeyd olunub ki, Livan hökuməti ötən həftə SEPAH ölkə ərazisində hər hansı fəaliyyətini qadağan edib və Hizbullahdan silahlarını dövlətə təhvil verməsini tələb edib.
Aytac,
Sitat.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.