AZ

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

Bakı. Trend:

Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə baharkampaniyasını təqdim edərək kredit şərtlərində xüsusi güzəştlərtətbiq edir.

Kampaniya çərçivəsində istehlak kreditlərinin faiz dərəcələrinəendirim təqdim edilir. Bununla yanaşı, Bank kreditrəsmiləşdirilməsi üzrə komissiya haqqına 70% güzəşt təqdimedir.

Beləliklə, Bankın istehlak kreditləri üzrə faiz dərəcələri10.9%-dən, komissiya isə 0.3%-dən başlayır. Müştərilər kampaniyaçərçivəsində kreditə həm Ziraat Bank Azərbaycanın İnternetBankçılığı vasitəsilə onlayn qaydada, həm də filialarınayaxınlaşaraq müraciət edə bilərlər.

Bahar kampaniyası 1 may tarixinədək qüvvədə olacaq.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik TürkiyəRespublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsulvə xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəyerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı,rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram, X-platforması, Linkedin, YouTube sosial mediahesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edəbilərsiniz.

Seçilən
33
8
az.trend.az

10Mənbələr