AZ

Lisenziyaların dayandırılması turizm potensialının reallaşmasına imkan vermir

Marja.az saytına istinadən ain.az xəbər verir.

Hazırda meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsi dayandırılıb, bu isə yeni turizm obyektlərinin açılmasının qarşısını alır.

Bunu deputat Vasif Qafarov parlamentdə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Deputat qeyd edib ki, Lerik və Astara rayonlarının böyük turizm potensialı var və bu potensial əsasən rayonların meşə fondu ərazilərindədir:

"Meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsinin dayandırılması bölgədə yeni turizm obyektlərinin açılmasının qarşısını alır və böyük turizm potensialının reallaşmasına imkan vermir. İndiyədək bu bölgədə fəaliyyət göstərən turizm obyektləri əhalinin məşğulluğunun təmin edilməsinə və ölkə iqtisadiyyatına mühüm töhfələr verib. Bunu nəzərə almağınızı və bölgədə turizm sahəsinə yeni investisiyaların cəlb edilməsi üçün meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsini təmin etməyi xahiş edirəm".

İş elanları AzVak.az-da

© "Report"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
marja.az

2Mənbələr