ain.az, Oxu.az portalına istinadən məlumat verir.
"2050-ci ildə dünyada hər dörd nəfərdən biri afrikalı olacaq".
Oxu.Az xəbər verir ki, bu sözləri "Liberal International" təşkilatının prezidenti Hakima El Haite XIII Qlobal Bakı Forumunda "Afrika - Bu gün və sabah" mövzusunda aparılan panel müzakirəsində deyib.
O bildirib ki, Avropa Afrikanı sərvətləri ixrac edən əraziyə çevirməkdə yardımçı olmalıdır:
"Afrika bu gün inkişaf etmək istəyir. Sözügedən qitə öz tərəfdaşlarını seçir. Hansısa ölkə ilə rəqabət aparmır. Çinlə infrastruktur, ABŞ ilə rəqəmsallaşma və s. sahələrdə işləyirik. Biz gözləyirik ki, Avropa sərmayə qoysun. 2030-cu ilə iqtisadi inteqrasiyanı 52 faizə çatdırmaq istəyirik. Hazırda bu rəqəm 15 faizdir. Afrika özünə güvənməlidir. İqlim dəyişikliklərinə cavabdeh deyilik, amma bu sahədə də çalışmalıyıq. İqlim dəyişikliyi ilə bağlı ayrılan vəsaitin cəmi üç faizi bizə çatır".
Məlik Məlikov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.