
Livanın cənubundakı Sayda şəhərinə İsrail hərbi hava qüvvələrinin endirdiyi zərbələr nəticəsində 17 nəfər ölüb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Əl-Favvar rayonunda bir binanın vurulması 8 nəfərin ölümünə, 9 nəfərin yaralanmasına səbəb olub.
Eraki qəsəbəsində isə yaşayış binasına endirilən zərbə nəticəsində eyni ailədən olan 9 nəfər, o cümlədən 5 uşaq həyatını itirib. Son rəsmi məlumatlara görə, Livanda gərginliyin artdığı dövrdən bəri ölənlərin ümumi sayı 687-yə çatıb.