AZ

Doğuş vaxtı ölən 19 yaşlı Röyanın Fotosu Yenilənib

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Tərtər rayonunda qadın doğuş zamanı ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə martın 12-si saat 23 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Hacıqərvənd kənd sakini Röya Zahid qızı Allahverdiyeva doğuş zamanı vəfat edib.

Yenidoğulan körpənin həyatını xilas etmək mümkün olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Tərtər Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, 2007-ci il təvəllüdlü pasiyent martın 12-si saat 17:00 radələrində xəstəxananın Doğum şöbəsinə 39–40 həftəlik hamiləlik, baş gəlişi, doğuşun I dövrü diaqnozu ilə daxil olub: “Aparılan tibbi müşahidə və nəzarət fonunda saat 18:30 radələrində fizioloji doğuş baş verib.

Doğuşdan sonrakı dövrdə zahı qadının ümumi vəziyyətində kəskin pisləşmə qeydə alınıb. Pasiyentə dərhal mövcud klinik vəziyyətə uyğun olaraq reanimasiya və intensiv terapiya tədbirləri həyata keçirilib.

Görülən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, 12.03.2026-cı il tarixində saat 21:50 radələrində onun bioloji faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə təhvil verilib.

Hadisənin səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq araşdırma aparılır. 

Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq.      

Qeyd edək ki, yenidoğulmuşun vəziyyəti qənəatbəxş olaraq qiymətləndirilir”.

***

Röya Allahverdiyevanın fosotunu təqdim edirik.

Ziya Əmirxanlı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
16
qafqazinfo.az

10Mənbələr