AZ

XİN: Vətən müharibəsinin başa çatmasından sonra 419 azərbaycanlı mina qurbanı olub

2020-ci il Vətən müharibəsinin başa çatmasından sonra 419 azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 72-si həlak olub, 347-si isə ağır yaralanıb.

Aznews.az xəbər verir ki, bu, XİN-in “X” hesabında ötən gün Xocavənddə baş verən mina hadisəsi ilə bağlı paylaşımında qeyd olunub.

Bildirilib ki, Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara təhlükəsiz və davamlı qayıdışını təmin etmək üçün minatəmizləmə işlərinə sadiqdir və beynəlxalq tərəfdaşların səfərbər olunmuş səylərlə dəstək göstərməsini gözləyir.

“Minalar mülki insanların həyatı üçün ciddi təhlükə yaratmağa davam edir və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına, həmçinin davam edən yenidənqurma işlərinə mane olur”, - deyə əlavə olunub.

Seçilən
42
11
aznews.az

10Mənbələr