ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, agentlik İranın nüvə silahı hazırlamadığını sübut edən konkret dəlil təqdim edə bilməz.
Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Qrossi bu açıqlamanı Rusiya tərəfi ilə aparılan qurumlararası məsləhətləşmələrdən sonra verib.
O, qeyd edib ki, son illərdə MAQATE-nin yoxlama imkanları ciddi şəkildə məhdudlaşdırılıb.
“Aydınlıq gətirmək istərdim: son illərdə MAQATE-nin yoxlama çıxışı son dərəcə məhdud olub. Uranın zənginləşdirilməsi səviyyəsi silah səviyyələrinə yaxın həddə qədər artıb və İranın nüvə infrastrukturu obyektlərinə çıxışımız ciddi şəkildə məhdudlaşdırılıb. Buna görə də bu cür silahların əslində yaradılmadığını sübut edən konkret və yoxlanıla bilən dəlillər təqdim edə bilmərik”, – deyə Qrossi bildirib.
BAEA rəhbəri əlavə edib ki, agentlik İranın nüvə proqramı ilə bağlı məsələlərdə obyektiv mövqeyini qorumağa çalışır.
“İranın nüvə proqramı həmişə problemli olub. Hesab edirəm ki, agentliyin bu baxımdan ən vacib vəzifəsi obyektivliyi qorumaqdır. Buna görə də işimizin əsasını nüvə silahı hazırlamaq planlarının mövcudluğunu təsdiqləmək və ya inkar etmək üçün müntəzəm yoxlamalar təşkil edir”, – deyə o vurğulayıb.
Aminə ŞAHSUAVRQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.