Bakı. Trend:
Son illər ərzində Azərbaycanın beynəlxalq arenada nüfuzuəhəmiyyətli dərəcədə artıb.
Bunu Birləşmiş Millətlər Təşkilatının 72-ci Baş Assambleyasınınsədri Miroslav Layçak “Keçid dövründə olan dünyada fikirayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal BakıForumu çərçivəsində Trend-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, forum böyük təcrübə və biliyə malikgörkəmli siyasətçiləri və ictimai xadimləri bir araya gətirir.
“Buradakı müzakirələr məzmunlu və çox maraqlıdır”, – deyə o qeydedib.
Layçak vurğulayıb ki, forumun mühüm xüsusiyyətlərindən birimüxtəlif ölkə və qitələri təmsil edən iştirakçıların qatılmasıdırki, bu da fərqli baxışların səsləndirilməsinə və həqiqimüzakirələrin aparılmasına imkan yaradır.
“Bu, qapalı "əks-səda kamerası" deyil, fikir mübadiləsinin realşəkildə aparıldığı bir platformadır. Bundan əlavə, tədbirintəşkilatı da qüsursuz səviyyədədir”, – deyə o bildirib.
Azərbaycan və Birləşmiş Millət Təşkilatı arasındakı əməkdaşlığışərh edən diplomat ölkənin beynəlxalq arenada böyük hörmət sahibiolduğunu diqqətə çatdırıb.
“Azərbaycan çox hörmət edilən bir ölkədir və hər bir beynəlxalqtəşkilat, eləcə də dövlətlər onunla yaxşı münasibətlər saxlamağaçalışır”, – deyə Layçak bildirib.
Onun sözlərinə görə, Azərbaycan həmçinin BMT sistemindəkonstruktiv rol oynayıb və son illərdə ölkənin nüfuzu, eləcə də onaolan hörmət həm BMT-də, həm də ümumilikdə beynəlxalq arenadaəhəmiyyətli dərəcədə artıb.