İqtisadiyyat nazirinin müavininin Xankəndidə keçirdiyi qəbulda vətəndaşların sahibkarlığın inkişafı, vergi və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xankəndi şəhərində vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri əsasən, sahibkarlığın inkişafı, vergi, güzəştli kreditlərin verilməsi, sosial, o cümlədən işlə təmin olunma və digər məsələlərlə bağlı olub.Qəbulda vətəndaşların sorğu xarakterli müraciətləri ilə bağlı əsaslandırılmış cavab və izahatlar verilib, araşdırma tələb edən müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməsi üçün müvafiq tapşırıqlar verilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


