AZ

Gültəkin Şirinova: “Avropa çempionatında qazandığım gümüş medalı qızıla çevirəcəyəm”

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatında gümüş medal qazanan Gültəkin Şirinova (55 kq) növbəti yarışlarda qızıl medal əldə etməyi hədəfləyir.

O, qızıl medal qazana bilmədiyi üçün məyus olub.

“Yarışa çox yaxşı hazırlaşmışdıq. Şəxsi məşqçim Mehman Allahverdiyevə dərin təşəkkürümü bildirirəm, üzərimdə böyük əziyyəti var. Gümüş medal qazandım. Bu gün çox istəyərdim ki, medalım qızıl olsun, amma hər şey qismətdən asılıdır. Çempion ola bilmədiyim üçün çox məyusam. İnşallah, daha ciddi hazırlaşıb bu gümüşü qızıl medala çevirəcəyəm”, - deyə o, report.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, Gültəkin Şirinova finalda macarıstanlı Gerta Terekə məğlub olub.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
icma.az

3Mənbələr