AZ

"Türkiyənin səbrinin daşdığı zaman hücum edənlər nələr olacağını təxəyyül belə edə bilməzlər" -General

"İran tərəfindən Türkiyəyə qarşı artıq üçüncü dəfədir raket atılır. Dünən bildiyiniz kimi, Türkiyənin Milli Müdafiə Nazirliyi bir daha ifadə etdi ki, "İncirlik" Türkiyə bazasıdır. Oranın komandiri türkdür. Yəni hüquqən, beynəlxalq hüquq baxımından belədir. Belə deyilməsinə rəğmən, İranın yeni dini lideri də "qonşularımızla dostuq, amma çevrədəki Amerika bazalarını atəş altına alacağıq" deyə açıqlama verdi".

Bunu Redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz İrandan Türkiyəyə qarşı üçüncü dəfə raket hücumundan danışarkən bildirdi.

"Həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm xarici işlər naziri, həm də Müdafiə Nazirliyi soyuqqanlı və sakit bir şəkildə hadisələri dəyərləndirməklə bərabər, cənab Ərdoğan da ifadə etdi ki, "sakitliyimizi və səbrimizi yanlış yorumlamasınlar". Türkiyə tarix boyu və  bu gün də İrana qarşı hər hansı bir təcavüzkar, düşməncə bir addım atmaz. İncirliyin Amerika bazası olduğu fərziyyəsinə dayanaraq bu şəkildə davranış şəkli İran üçün sonun başlanğıcıdır. Bu, çox yanlış bir yoldur. İranın bu yanlış yoldan dönməsi və Türkiyənin səbrini sınamaması lazımdır", - deyə o vurğuladı.

General əlavə etdi ki, Türkiyə NATO ölkəsi olduğundan, Türkiyəyə qarşı edilən hər hansı bir hücum Körfəz ölkələrinə edilən bir hücum kimi deyil:

"Türkiyəyə qarşı edilmiş hücum NATO-ya edilmiş bir hücum halına dönər. Regional müharibə çox daha fərqli bir mərhələyə çevrilə bilər. İrana son dəfə olaraq yanlış hesab içərisində olmamasını, öz daxilindəki əmr-komanda birliyinə tam sahib çıxmasını, "bizdən atılmır, biz etmirik" kimi bəhanələrə sığınmamasını tövsiyə edirik. Türkiyənin səbrinin daşdığı zaman nələr olacağını təxəyyül belə edə bilməzlər və savaş kontroldan çıxar. Bu, onların özlərinin biləcəyi işdir".

Xədicə BAXIŞLI

Seçilən
66
1
redaktor.az

2Mənbələr