AZ

"Azərbaycan Silahlı Qüvvələri hər zaman hazır olmalıdırlar" -Deputatdan AÇIQLAMA

"Azərbaycan təhlükəsizlik məsələlərinə çox böyük önəm verir. Nəzərə alsaq ki, bölgədə vəziyyət qeyri-sabitdir, Azərbaycan Silahlı Qüvvələri hər zaman hazır olmalıdırlar və ən yüksək səviyyədə hər şeylə təmin olunmalıdırlar".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə XIII Qlobal Bakı Forumundan və formun açılışında dövlət başçısı İlham Əliyevin təhlükəsizliyin Azərbaycanın bir nömrəli məsələsi olması haqda verdiyi açıqlamadan danışarkən bildirdi.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın siyasəti məhz tərəfdaşlıq sahəsində, birgə maraqlar əsasında bölgəni sabit bölgəyə çevirməkdir:

"Bu istiqamətdə Azərbaycan Şərqi-Qərbi birləşdirən sistemi, Şimal-Cənub sistemini formalaşdırır. Azərbaycan qarşılıqlı və iqtisadi maraqlar əsasında bölgəmizi sabit əməkdaşlıq ərazisinə çevirir. Bu da Azərbaycanın, demək olar ki, çox böyük bir töhfəsidir. Azərbaycan qardaş Orta Asiya ölkələri ilə, Türkiyə ilə birgə yeni sistemi formalaşdırır və bununla yanaşı, Azərbaycan müasir texnologiyaların inkişafı üçün də öz töhfəsini verir. Bu ənənəvi forumdur və Azərbaycanın önəmini göstərir ki, çox mühüm şəxslər Azərbaycana gəlib dünyanın inkişafı ilə bağlı fikir mübadiləsi aparır. Bu yenə də Azərbaycanın dünya üçün önəmli bir ölkə olduğunun təzahürüdür".

Aytəkin TOFİQQIZI

Seçilən
40
1
redaktor.az

2Mənbələr