AZ

Bakıda marketlərdə 18 manata tonqal satılır

Bir çox marketlərdə 20 ədədlik hazır kiçik tonqal materialları təxminən 17 manat 50 qəpik - 18 manat qiymətinə satışa çıxarılıb.

Day.Az xəbər verir ki, satıcıların sözlərinə görə, tonqal üçün istifadə olunan nazik taxtaların 1 metri təxminən 50 qəpiyə başa gəlir. Bu hesabla 20 ədədlik belə bir dəstin hazırlanması təxminən 10 manat civarında xərc tələb edir. Hazır məhsul kimi paketlənərək satışa çıxarıldıqda isə qiymət 16-18 manat arasında dəyişir.

Mütəxəssislər və adət-ənənə biliciləri bildirirlər ki, marketlərdə satılan hazır tonqal materialları evdə təbii şəkildə qalanan ocağın yerini tam əvəz edə bilməz. Buna görə də imkan olduqca bu qədim ənənəni yaşatmaq və unutmamaq tövsiyə olunur.

Elcan Turan
Day.Az

Seçilən
19
day.az

1Mənbələr