İranın yeni Ali Rəhbəri Müctəba Xameneyi yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.
Heqsetin sözlərinə görə, Müctəba Xameneyi böyük ehtimalla şikəst qalıb.
Heqset Müctəba Xamenenin dünən xalqa müraciətinə də toxunub:
“O, dünən müraciət etdi, amma nə səsi, nə də görüntüsü var idi. Bu, yalnız yazılı bir bəyanat idi. İranın çoxlu kameraları və çoxlu diktofonları var - bəs niyə ancaq yazılı bəyanat? Düşünürəm ki, siz bunun səbəbini bilirsiniz. O, qorxur. O, yaralanıb, qaçır və legitimliyi yoxdur. Bu, onlar üçün tam xaosdur”.
"Cebheinfo.az"